12.09.2026

"Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək

Qadınlardan ibarət "Turan" voleybol komandası İtaliya, Yunanıstan və Türkiyədə təlim-məşq toplanışında olacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisindən məlumat verilib.

Hazırlıq prosesləri 12 sentyabr - 2 oktyabr aralığında baş tutacaq.

Ölkə çempionu bu gün artıq İtaliyanın Rumini şəhərinə yola düşür. "Turan" İtaliyanın "Talmassons", "Omag Consolini", "Meqavolley", Almaniyanın "VfB Suhl LOTTO Thüringen" kollektivləri ilə üz-üzə gələcək.

Komanda daha sonra sentyabrın 27-də Yananıstanın Santorini şəhərinə gedəcək. "Turan" sözügedən ölkədə "AO Thiras Santorini" klubu ilə yoxlama matçı keçirəcək.

Nəhayət, komanda oktyabrın ilk günlərində Türkiyəyə yollanacaq və burada yerli "Fənərbağça" ilə qarşılaşacaq.

Xatırladaq ki, "Turan" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Mladost" (Zaqreb) ilə görüşəcək. İlk qarşılaşma oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Ən çox baxılan
Videoqalareya
Komandamız
İdarə Heyəti

Həsən Zeynalov

Klub prezidenti

Ramin Abbasbəyli

İcraçı direktor

Sənan Rəhmanov

Mətbuat katibi
Məşqçi Heyəti
Oyunçular