
Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova 7 illik fasilədən sonra yenidən “Azərbaycan Yüksək Liqası”-nda çıxış edəcək. O, 2025/26 mövsümündə liqada debüt edəcək “TURAN” voleybol klubu ilə müqavilə imzalayıb.
Karyerası ərzində həm yerli həm də xarici klublarda iştirak etmiş və bir çox nailiyyətlər əldə etmişdir.
Azərbaycanda “Azerrail” və “Lokomotiv” klubları ilə fəaliyyətə başlayan Ayşən, sonradan milli komanda, eyni zamanda Türkiyə, Macarıstan klublarında iştirak etmişdir.
🎖️CEV Çempionlar Liqasının ən yaxşı blokçusu;
🥉CEV Avropa Kuboku bürünc medal;
🎖️Macarıstan Kubokunun ən yaxşı blokçusu;
🎖️Macarıstan Çempionatının ən yaxşı əcnəbi oyunçusu;
🏅Macarıstan “ExtraLiga” turnirinin ən dəyərli oyunçusu;
🎖️”NOMİKEİA” turnirinin ən yaxşı blokçusu;
🏆🥇5 qat Macarıstan Kubokunun qalibi;
🏆🥇5 qat Macarıstan Çempionu;
🥇”MEVZA” çempionatının qalibi;
🏆”MEVZA SUPER CUP” turnirinin qalibi.