11.11.2026

“Turan”ın voleybolçusundan ürəkləri isidən hərəkət - VİDEO

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin liberosu, “Turan” komandasının təcrübəli oyunçusu Yuliya Kərimova meydandan kənarda nümunəvi davranışı ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, voleybolçu komandanın düşərgəsində özünə sığınacaq tapan yaşlı küçə itinə xüsusi qayğı göstərib.

Kərimova öz yeməyini dördayaqlı dostu ilə bölüşməklə kifayətlənməyib. O, itin yaşlı olduğunu nəzərə alaraq gətirdiyi yeməyin içərisindəki ət parçalarını əlləri ilə xırdalayıb və heyvanı əli ilə yemləyib.

Meydanda çevikliyi, mübarizliyi və fədakarlığı ilə seçilən Yuliya Kərimova bu dəfə idmançı keyfiyyətləri ilə deyil, heyvanlara qarşı həssas və mərhəmətli münasibəti ilə diqqət mərkəzinə düşüb.

Xatırladaq ki, qadın voleybolçulardan ibarət “Turan” klubu bu gün - noyabrın 10-da CEV Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə uğrunda həlledici matça çıxacaq. Azərbaycan təmsilçisinə Bolqarıstanın “Maritsa” komandasını qəbul edəcək. Üçüncü təsnifat mərhələsinin cavab qarşılaşması Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək və saat 18:00-da başlayacaq. Plovdivdə baş tutan ilk görüşdə “Turan” 3:0 hesablı inamlı qələbə qazanıb.

İdman.Biz

Ən çox baxılan
Videoqalareya