
“CEV Çempionlar Liqası”nda Azərbaycanı təmsil etməyə hazırlaşan komandamız İtaliyada təlim-məşq toplanışını davam etdirir.
Hazırlıq prosesi çərçivəsində komandamız növbəti yoxlama matçında İtaliyanın “Consolini Volley 1907” klubu ilə qarşılaşacaq. Görüş komandanın qarşıdakı mövsüm və Avropa arenasında keçiriləcək oyunlara hazırlığında növbəti sınaq olacaq.
📆 23 sentyabr
⏰ 17:00 (Bakı vaxtı ilə 19:00)
📍 Fontanelle Gym, Riccione, İtaliya