Bolqarıstanın “Maritsa” qadın voleybol komandası artıq Tovuz şəhərinə çatıb.
İdman.Biz-in Tovuza ezam olunmuş əməkdaşının məlumatına görə, Plovdiv təmsilçisi CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi yerli azarkeşlərin xüsusi diqqəti ilə üzləşib.
“Turan” qadın voleybol klubunun rəhbərliyi və azarkeşləri Bolqarıstan komandasını Tovuz dəmiryolu stansiyasında böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, “Maritsa” noyabrın 10-da “Turan”ın qonağı olacaq. Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
Komandalar arasında ilk oyunda Azərbaycan təmsilçisi səfərdə 3:0 hesablı qələbə qazanıb.
11:04
Bolqarıstanın “Maritsa” qadın voleybol komandası Bakından Tovuza yola düşüb.
İdman.Biz xəbər verir ki, Plovdiv təmsilçisi CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün bu gün Tovuza yollanıb.