11.11.2026

"Turan" növbəti mərhələdə!🏐

 

CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda komandamız Xorvatiyanın Zaqreb şəhərində yerli “Mladost” komandasının qonağı olub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada komandamız tay-brek setində əzmkarlıq nümayiş etdirərək rəqibini 3:2 hesabı ilə məğlub edib və ümumi nəticədə qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

“Mladost”-“Turan” 2:3
📊 Setlərin hesabı:
22:25 | 25:21 | 23:25 | 25:23 | 13:15

Beləliklə, “Turan” növbəti mərhələdə mübarizəsini davam etdirəcək. Komandamızın növbəti rəqibi Bolqarıstanın “Maritsa Plovdiv” komandası olacaq.

Ən çox baxılan
Videoqalareya