
Bu gün qadın voleybolçuların yüksək liqasının 2-ci turununda Tovuzun “Turan” klubu siftə etdi. Allsport.az saytı xəbər verir ki, Ziya Rəcəbovun tağımı digər debütant “Gənclər”i asanlıqla yendi – 3:0 (25:10, 25:9, 25:11). AVF-in idman zalında “boz qurdlar”a 2 azarkeş dəstəsi dəstək verdi. Bunlar “The Hunans” (“İnsanlar”) və “Turan” fan qrupları idi.
Tovuz təmsilçisi milli idman geyimi şirkəti “İl’Azero” ilə əməkdaşlıq edir. Ölkəmizin ilk və hələlik yeganə beynəlxalq voleybol meneceri İlqar İmamquliyevin təsis etdiyi “Bir Azərbaycanlı” brendini bir zamanlar Rusiyanın “Yenisey”, İndineziyanın “Cakarta” və Braziliyanın “Sesi” qadın voleybol komandaları geyiniblər.